Bakı metrosunda problem: qatar boşaldıldı
27 Sentyabr 2014 12:11 (UTC+04:00)
Bakı metropliteninin "Nizami" stansiyasında qatarlardan birində
problem yaranıb.
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə hadisə
şahidləri məlumat verib.
Onların sözlərinə görə, gecə 12 radələrində "Nizami" stansiyasında
qatarlardan birində problem yaranıb. Sərnişinlər qatardan təxliyyə
edilib. Digər qatar isə bir müddət gəlməyib. Nəticədə sərnişinlər
stansiyada qalıblar.
Sərnişinlərin sözlərinə görə, stansiyaya gələn ikinci qatarda da
problem yaranıb və həmin qatar da geriyə qaytarılıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin
rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq.
N.Paşayev faktı təsdiqlədi. O, bildirdi ki, "Dərnəgül"
istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq
yarandığına görə, həmin qatar depoya göndərilib.
""Nizami" stansiyasında qatarlardan birində problem yarandı. Belə
olan təqdirdə sərnişinlərin təhlükəsizliyi üçün qatar yoluna davam
edə bilməzdi. Ona görə də qatar depoya göndərilib. Gecə saatlarında
qatarlar arasında interval gündüz saatları ilə müqayisədə bir az
çox olur. Digər qatarın gəlməsi ona görə də bir az vaxt aparıb. Bu
isə sərnişinlərin narahatçılığına səbəb olub. Hazırda qatarların
hərəkəti bərpa edilib", - deyə Nəsimi Paşayev bildirdi.