ABŞ Suriyada yeni aviazərbə seriyasına başladı

27 Sentyabr 2014 14:03 (UTC+04:00)

Birləşmiş Ştatlar Suriyada "İslam dövləti" radikal qruplaşmasının mövqelərinə yeni seriya aviasiya zərbələrini həyata keçirib.Movqe.az publika.az-a istinadən xəbər verir ki ,bu barədə şənbə günü Pentaqondakı mənbə xəbər verir.

"Təsdiq etməyə hazıram ki, Birləşmiş Ştatlar Suriyada hava əməliyyatlarını davam etdirir", - ABŞ müdafiə nazirliyinin nümayəndəsi bildirib, bu barədə RİA Novosti yazır.

Mənbə daha ətraflı məlumat açıqlamasa da, bildirib ki, ABŞ-ın Suriya ərazisində hərbi iştirakı indi "demək olar ki, daimi" xarakter daşıyır.