Eboladan ölənlərin sayı 3 mini keçdi

27 Sentyabr 2014 16:00 (UTC+04:00)

Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 3091-ə çatıb.

Movqe.az xəbər verir ki , bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatda bildirilir.


Təşkilatın verdiyi məlumata görə, ümumilikdə, Afrikada bu virusa yoluxanların sayı 6574-ə çatıb.

Ebola Qərbi Afrikada yayılmağa davam edir.

Həkimlərvirusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu vurğulayıb.

Səhiyyə təşkilatı həyəcan təbili çalır.