Tüfeyili həyat tərzi keçirən qadın öldü

27 Sentyabr 2014 16:14 (UTC+04:00)

Bakıda tüfeyli həyat tərzi keçirən qadın öldü.

Movqe.az publika.az-a istinadən xəbər verir ki , bu gecə Səbail rayonu ərazisində təxmini 40-45 yaşlarında qadının ölümcül vəziyyətdə olması ilə bağlı polisə məlumat verilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb vəqadın xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümükün olmayıb. Səbail Rayon Polis İdarəsindənbildirilib ki, dünyasın dəyişən qadının bədənində heç bir zorakılıq əlamətinə rast gəlinməyib. O, sağlamlıq durumunun pis vəziyyətdə olması səbəbindən dünyasın dəyişib.

Hazırda polis dünyasını dəyişən qadının şəxsiyyətini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.