Səhiyyə Nazirliyi Dünya Ürək Günü münasibətilə Dənizkənarı Milli Parkda "Sağlamlıq yürüşü!" devizi altında marafon keçirir.
Movqe.az publika.az-a istinadən xəbər verir ki , məlumatına görə, marafonun keçirilməsində məqsəd
ictimai diqqəti ürək xəstəlikləri problemlərinə yönəltmək, əhalini
maarifləndirməkdir. İnsanları sağlam həyat tərzi yaşamağa, idmanla
məşğul olmağa çağıran marafonda beş yüzədək insan iştirak edib.
Yürüş qalibləri nazirlik tərəfindən mükafatlandırılacaqlar.
Qeyd edək ki, 2001-ci ildən etibarən 29 sentyabr dünya ürək günü kimi qeyd olunur. Məqsəd ürək-damar sistemindəki problemlərə diqqətin cəlb olunmasıdır.
Ümumdünya Səhiyyə Təşiklatının məlumatına görə, hazırda dünyada
ölümə ən çox səbəb olan xəstəlik məhz ürək-damar sistemindəki
çatışmazlıqdır. Bu xəstəliklərdən hər il 17,5 milyon insan
dünyasınıdəyişir.