Polis restoranda qumar oynayan şəxsləri saxladı.
Movqe.az xəbər verir ki , Bakı şəhər Baş
Polis İdarəsindən verilən məlumata görə, 26 sentyabr saat 03:00
radələrində Azadlıq prospektində yerləşən restoranda polis
tərəfindən əməliyyat keçirilib. Aparılmış əməliyyat zamanı Bakı
şəhər sakinləri Xəqani Hümbətov, Mahir Xudiyev və Lənkəran şəhər
sakini Rəşad Cəfərov qumar oynadıqlarına görə saxlanılıb.
Qeyd edək ki, əməliyyat Nərimanov Rayon Polis İdarəsinin16-cı polis
bölməsinin əməkdaşları tərəfindən aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.