Ən çox gəmi alanlar arasında azərbaycanlılar da var

27 Sentyabr 2014 22:12 (UTC+04:00)

Bu il Türkiyənin Pendik vilayətində təşkil edilən Beynəlxalq Boatşou-da 3 gündə 98 gəmi satıldı.Movqe.az publika.az-a istinadən xəbər verir ki, gəmilərin qiyməti 12 mindən3 milyon türk lirəsi (4621-1155 300 manat) arasındadır.

Alıcılar arasında Türk, İran, Rusiya, İordaniya və Azərbaycan vətəndaşları üstünlük təşkil edib. Alıcılar arasında 3 nəfər Suriya vətəndaşı da olub. Satış sərgisi bazar gününə qədər açıq olacaq.

Bu il 34-cü dəfə açılan sərgidə 380 ədəd qayıq, gəmi, motorlu yaxta nümayiş edilib.

Boatşouda ilk üç gündə qiyməti 1-3 milyon avro arasında dəyişən 6 meqa yaxta satılıb. Qiyməti 100-250 min avro olan sərfəli qiymətli 40 yaxta da satılıb.

Sərginin ilk günlərində 30 milyon avro dəyərində gəminin satıldığı açıqlandı.


Sərgiyə gələnlərin sayının 80 mindən çox olacağı gözlənilir.