"Range Rover" sərnişin avtobusu ilə toqquşdu: 6 yaralı

28 Sentyabr 2014 11:05 (UTC+04:00)
Azərbaycanın Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Movqe.az APA-ya istinadən bildirir ki, hadisə sentyabrın 27-də axşam saatlarında Ələt – Astara magistralının 153-cü kilometrliyində, yolun rayonun Göytəpə şəhərindən keçıən hissəsində qeydə alınıb. Masallı rayonunun Boradigah qəsəbə sakini, 1981-ci il təvəllüdlüRüstəm Güləddin oğlu Abbasovun idarə etdiyi "Range Rover" markalı 99 SU 799 dövlət nömrə nişanlı minik avtomobili İmişli rayon sakini, 1980-ci il təvəllüdlüVüsal Mirzağa öğlu Həbullayevin idarə etdiyi "Ford" markalı 15 BK 320 dövlət nömrə nişanlı sərnişin avtomobili ilə toqquşub.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin "Ford"un sərnişinləri, 2007-ci il təvəllüdlüEmil Tapdıq oğlu Baxşıyev, onun anası, 1982-ci il təvəllüdlüXəyalə Mirverdi qızı Quliyeva, 1976-cı il təvəllüdlüFövqiyyə Qafar qızı Mütəllibova, 1979-cu il təvəllüdlüİlkin Fərhad oğlu Mirzəyev, 1969-cu il təvəllüdlüQılman Ayaz oğlu Səfərovvə "Range Rover"in sərnişini, rayonun Mollaoba kənd sakini, 1987-ci il təvəllüdlüRacid Firdovsi oğlu Məmmədovmüxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.