Azərbaycanda 3 maşın toqquşdu, yaralı var

28 Sentyabr 2014 11:18 (UTC+04:00)
Dünən saat 21 radələrində Gəncədə 3 avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki,Elşən Məmmədovun idarə etidiyi BMW markalı avtomobil Heydər Əliyev prospekti ilə üzü vağzal istiqamətində hərəkətdə olarkən yolun əks istiqaməti ilə hərəkət edən,Vəfa Dərgahzadənin idarə etdiyi "Mitsubishi Prado" markalı avtomobili, daha sonra yol kənarında dayanan,Akif Səfərova məxsus "VAZ 2106" markalı avtomobili vurub.

Qəza nəticəsində "Mitsubishi Prado"nun sərnişini xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Qəzaya ilkin səbəb BMW-nin yüksək sürətlə işıqforun sarı işığında yolu keçməsi göstərilir. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.