Lənkəranda fövqəladə hallarla bağlı qərargah məşqi keçirilib

28 Sentyabr 2014 13:00 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili" mövzusunda qərargah məşqi keçirilib.


Movqe.az publika.az-a istinadən xəbər verir ki, məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Cənub Regional Mərkəzinin rəhbər və zabit heyətinin idarəetmə sahəsində peşəkarlığını, bilik və bacarığını daha da artırmaq, fövqəladə hallar zamanı fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin reallığını yoxlamaq, qüvvə və vasitələrin idarə edilməsində məşq iştirakçılarının vərdişlərini artırmaqdır.


İki mərhələdə keçirilən qərargah məşqinə mərkəzin bütün rəhbər və zabit heyəti cəlb olunub.


Birinci mərhələdə baş vermiş fövqəladə hadisə barədə şəxsi heyətə xəbərdarlıq edilərək birgə fəaliyyət təşkil olunub, yaranmış vəziyyət qiymətləndirilib, müvafiq hesabatlar və görüləcək işlər barəsində təkliflər hazırlanıb, əsas idarəetmə məntəqəsi, rabitə və xəbərdarlıq sistemi hazır vəziyyətə gətirilib, fövqəladə hallar zamanı axtarış və qəza-xilasetmə işləri həyata keçirilib.