Qonşular Mark Zuckerbergdən şikayətçi

28 Sentyabr 2014 15:01 (UTC+04:00)

Dünyanın ən böyük sosial şəbəkəsi Facebookun qurucusu olan Mark Zuckerberg, qısa bir müddət əvvəl San Fransiscoda yoldaşı ilə birlikdə təxminən 10 milyon dollar xərclədiyi bir evdə yaşamağa başlamışdı. Bəs qonşuları Mark Zuckerbergdən memnundularmı deyərsiniz?


Movqe.az xəbər verir ki , görünüşə görə də məmnun deyillər. Qonşuları, Mark Zuckerberg və ailəsinin park sahələrini işğal etmələrindən ötəri bir xeyli şikayətçidir. Zuckerbergin daha çox park sahəsi almaq üçün insanları kiraladığını iddia edən qonşusu Trafton Bean, həm özünün, həm də ev yoldaşlarının, Mark Zuckerbergin işçilərinin park sahəsində gecə boyunca vasitələriylə gözlədiklərini fərq etdiklərini söylədi. Bean'in ev yoldaşlarından biri isə işğalçıların Zuckerberg tərəfindən kiralandığını etiraf etdiyini bildirib.


Qonşular ayrıca son zamanlarda davamlı olaraq inşaat işçiləri tərəfindən müxtəlif tadilatlardan da şikayətçi olduqlarını söyləyirlər.