Bakıda 77 yaşlı qadın xilas olunub

28 Sentyabr 2014 15:20 (UTC+04:00)
Bakının Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.Movqe.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 2-ci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış vəziyyətdə aşkarlanıb.

Vətəndaş aidiyyəti üzrə təhvil verilib.