Şadlıq saraylarında israfçılıq aradan qalxır

28 Sentyabr 2014 16:09 (UTC+04:00)

Yas məclislərinin ardınca toy mərasimlərində də israfçılığa qarşı tədbirlər icra olunmağa başlanıb.

Movqe.az Axar.az-a istinaadən xəbər verir ki, bəzi şadlıq evlərində standart menyu ləğv olunmaq üzrədir. Bu vaxta qədər restoranlar müştərilərə konkret menyu təklif edirdi və vətəndaş bununla razılaşmağa məcbur idi.

Amma son dövrlər hökumətin verdiyi tövsiyələrə və qeyri-rəsmi xəbərdarlıqlara əməl edən bir sıra restoranlar vətəndaşların sifarişini qəbul edirlər. Bundan sonra müştəri arzuladığı menyunu sifariş verərək toy mərasimi təşkil edə biləcək.

Xəbərdə deyilir ki, bu qərara bütün şadlıq sarayları əməl etmirlər. Hələlik, bir neçə şadlıq evində israfçılıq davam edir.

Yada salaq ki, israfçılıq edən restoranların cərimələnəcəyi haqda məlumat yayılıb.