Kürdəmirdə “Mercedes” ilə yük maşını toqquşub, ölənlər var

28 Sentyabr 2014 16:12 (UTC+04:00)

Kürdəmir rayonu, Çöl Ərəb kəndində (rayon mərkəzindən 18 km aralı) "Mercedes" markalı yük avtomobili və "Ford" markalı minik avtomobili toqquşub.

Movqe.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nəticədə "Mercedes" markalı yük avtomobilin sıxılmış vəziyyətdə qalmış sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

"Ford" markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Babayev Ceyhun Bəybala oğlu və avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü İmaməliyev Ceyhun Qədir oğlu ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişiblər. Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər yolun kənarından götürərək aidiyatı üzrə təhvil verilib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.