ABŞ Bəşər Əsədi devirmək üçün əməliyyat keçirir

28 Sentyabr 2014 17:09 (UTC+04:00)

ABŞ administrasiyası Suriyada siyasi hakimiyyətin sülh yolu ilə dəyişdirilməsində maraqlıdır.

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Frans-Press agentliyi çıxış edib. Ağ Ev Bəşər Əsədin devrilməsi üçün Suriya müxalifətinə dəstək verilməsi barədə razılıq verib.

Suriya müxaliflərinin milli koalisiyasının lideri ilə ABŞ prezidentinin köməkçisi arasında görüş keçirilib. Görüş çərçivəsində müxalif qüvvələrə dəstəyin verilməsi, həmçinin İŞİD-ə qarşı mübarizə istiqamətində fikir mübadiləsi aparılıb.