Teleaparıcı Nadir Qafarzadəni acıladı: "Mənim iş yoldaşımın dalınca danışma!"
28 Sentyabr 2014 17:15 (UTC+04:00)
Movqe.az gecce.az-a istinadən xəbər verir ki, ötən gün "Gündəlik"
verilişində müğənniNadir Qafarzadəvə
teleaparıcıMətanət Əliverdiyevaarasında qalmaqal
yaşanıb.
Mətanət Nadirin "Günay Firudinqızı tamaşaçını canlı efirə qoşub,
yalandan məni vurdurdu" sözlərinə belə cavab verib:
"Mənim iş yoldaşımın dalınca danışma. O, xanımdır. Yalandan bizim
telekanalda heç nə olmur. Bunu da hər kəs bilir. Sizin şou-biznes
aləmində yalandan çox şey olur. Amma bura elə deyil. Reytinq
xətrinə biz heç kəsi vurmuruq. Mətanət efirə çıxır, o özü bir
reytinqdir. İki saat efirdə düz dayanım, mənə bəsdir".