"Trabzonspor" qələbə üzünə həsrət qalıb
28 Sentyabr 2014 20:11 (UTC+04:00)
Türkiyə Superliqasının 4-cü turunda "Trabzonspor" evdə
"Kasımpaşa"nı qəbul edib.Movqe.az qol.az-a istinadən xəbər verir
ki, Qara dəniz təmsilçisi ötən tur olduğu kimi bu oyunda da 1 xalla
kifayətlənib. Hesabı 16-cı dəqiqədə "Trabzonspor"un oyunçusu Yusuf
Erdoğan açsa da, matçın əsas vaxtının sonuna 5 dəqiqə qalmış
rəqibin ən təhlükəli qol silahı Ezekiel Skarione bərabərliyi təmin
edib 1-1.
Trabzonspor 1-1 Kasımpaşa
Erdoğan (16) Skarione
(85)
Beləliklə, "Trabzonspor" 4 turdan sonra aktivinə cəmi 4 xal
yazdırıb. "Kasımpaşa" isə 6 xalla hələ ki 5-ci yerdədir.