İrandan BBC-yə ağır ittiham

29 Sentyabr 2014 11:02 (UTC+04:00)

İran Kəşfiyyat Nazirliyi BBC-ni ölkənin tarixi və mədəni arxivlərini oğurlamaqda ittiham edib.

Axar.az "Haberturk"ə istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamasında BBC-nin İrandakı agentləri vasitəsi ilə ölkənin arxivlərinin olduğu bir hökumət binasından İranın tarixi və mədəni arxiv sənədlərini oğurlamağa cəhd etdiyi, ancaq İran kəşfiyyatının bu cəhdə mane olduğu bildirilib.

Kəşfiyyat Nazirliyi məsələ ilə bağlı ətraflı məlumatı daha sonra ictimaiyyətlə açıqlayacağını qeyd edib.

BBC isə hələ də məsələ ilə əlaqədar açıqlama verməyib.