Bu ətirlərin satışına qadağa qoyuldu - FOTO

29 Sentyabr 2014 12:00 (UTC+04:00)

Kuba hökuməti, Ernesto Che Guevara və Hugo Chavez adlarını daşıyan ətirlərin istehsalına qadağa qoymağa hazırlaşır. Movqe.az xəbər verir ki, Kuba hökuməti, rəsmi Granma qəzetində nümayiş olunan şərhində, dövlətə aid dərman firmasının, Ernesto Che Guevara və Hugo Çavezin adlarını daşıyan ətirlərdən çıxarmasını "ciddi səhv" olaraq qiymətləndirib. Şərhdə, "İnqilabın simvolları müqəddəsdir və daim elə qalacaq" ifadəsi istifadə edilib və şirkətə intizam cəzası veriləcəyi deyilib. Ernesto və Hugo ətirləri, cümə axşamı günü Havanada Labiofam şirkəti tərəfindən tanıdılmışdı. 


Sosial paylaşma saytlarında məzə mövzusu olan layihə, Kuba İnqilabının dəstəkçiləri tərəfindən də tənqid olunmuşdu. Labiofam şirkəti, Kuba İnqilabının liderlərindən Argentina əslli Ernesto Che Guevara və Venezuelanın keçmiş Prezidenti Hugo Çavezin ailələrindən, ətirlərə adlarının verilməsi mövzusunda icazə alındığını bildirmişdi.