Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

29 Sentyabr 2014 12:44 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 29-dan oktyabrın 3-dək Bakı şəhərində "Hərbi xidmətkeçmənin idarə olunması və peşəkar hazırlıq" mövzusunda seminar, oktyabrın 10-dək Budapeşt şəhərində (Macarıstan) "NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu və Buxarest şəhərində (Rumıniya) Sülhü dəstəkləmə əməliyyatları kursu keçiriləcək.