Arvadını bellə döyərək öldürən ər danışdı

29 Sentyabr 2014 14:30 (UTC+04:00)

İsmayıllı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ər arvadını döyərək öldürdü.


Hadisə rayonun Girk kəndində qeydə alınıb. Kənd sakini 1976-ci il təvəllüdlü Qarayev Şöhrət Qara oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1985-ci il təvəllüdlü Qarayeva Hilaləxan Ərkinbəy qızının başına bellə və yumruqla vuraraq onu öldürüb. Hadisə zamanı Şöhrət Qarayev sərxoş olub. O meşədə dostları ilə spirtli içki qəbul edərək evə gəlib və həyat yoldaşını döyməyə başlayıb. Zərbələrin təsirindən zərərçəkənin sifəti tanınmaz hala düşüb. Anasının ağır işgəncəyə məruz qalaraq döyüldüyünü görə ailənin 13 yaşlı qızı nənəsinə və dayısına xəbər çatdırıb. Şöhrət Qarayev ölümcül vəziyyətdə olan həyat yoldaşının müalicə üçün xəstəxanaya aparılmasına da mane olmağa çalışıb. 


Tutularaq istintaqa təhvil verilən Şöhrət Qarayev polisə ilkin ifadəsində bildirib ki, həyat yoldaşı guya evin balkonundan yıxılıb. Amma polislər Ş. Qarayevin bu ifadəsini inandırıcı saymayıblar. Sonda saxlanılan şəxs həyat yoldaşını döyərək qətlə yetirdiyini etiraf edib. Hadisəni törədən Şöhrət Qarayevin qətlə yetirdiyi həyat yoldaşə ilə birgə nigahdan 5 övladı var. Onların sonuncu övladı 20 gün bundan əvvəl dünyaya gəlib. 


Faktla bağlı İsmayilli rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

( Mənbə: Anstv)