"Çölçü" filminə Cakarta kinofestivalından mükafat

29 Sentyabr 2014 17:38 (UTC+04:00)

"Çölçü" bədii filmi Cakartada keçirilmiş "International Movie Award - 2014" kinofestivalının "Ən yaxşı rejissor işi" üzrə "Platinum mükafatı"na layiq görülüb.

Movqe.az APA-ya istinadən məlumat verir ki, 30 ölkədən 225 filmin iştirak etdiyi müsabiqədə filmlər "Platinum" və "Gold" mükafatları olmaqla iki nominasiyada qiymətləndirilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.