Ülvira Qarayeva jurnalistləri çox sərt ittiham etdi ! - FOTOLAR

30 Sentyabr 2014 11:57 (UTC+04:00)
Aparıcı Ülvira Qarayevanın "Evdəyik" verlişinin dünənki buraxılışı çox maraqlı keçib. Belə ki, jurnalistləri müğənni Emil Bədəlovla üz-üzə qoyan aparıcı xanım verlişdə bir çox tanınmışların ünvanını daş-qalaq edib. Mövqe.az xəbər verir ki, verlişdə söhbət əsasən jurnalistləri incidən, onlarla işləmək çətin olan məşhurlardan gedib. Bir çox tanınmışların adı çəkilən verlişdə müğənni Emil Bədəlov şou-biznes təmsilçisi kimi iştirak edib. Verliş zamanı Ülvira Qarayeva mediada işləyən bir çox jurnalisti qınaq atəşinə tutub.


Verliş zamanı aparıcı Ülvira Qarayeva bəzi jurnalistlərdən gileylənib. Belə ki, aparıcı bəzi jurnalistləri onun özəl həyatına müdaxilə etdiyindən rahatsız olduğunu dilə gətirib: "Media əhli mənə bir belə dağ, çəkdi bir də belə. Tanınmışların həyatına özəl həyatına xüsusilə də bu dərəcədə müdaxilə etmək olmaz". 


Qeyd edək ki, verlişdə qonaq qismində jurnalistlər Cavidan Məmmədov, İntiqam Valehoğlu və Mövqe.az saytının əməkdaşı, jurnalist Əfruzə Ağayeva da iştirak edib. Həm şou yazar indi isə müğənni kimi fəaliyyət göstərən Cavanşir Babəlioğlu da qonaqlar arasında olub. 


Verlişdən öncə və verliş zamanı çəkilən fotoları Mövqe.az sizə təqdim edir: