Düz danışmaq psixika üçün faydalıdır

30 Sentyabr 2014 09:04 (UTC+04:00)

Notr-dam Universitetinin tədqiqatçıları keçirdikləri tədqiqat nəticəsində müəyyən ediblər ki, insanın telefonda dediyi həqiqət nəinki onun ovqatını yüksəldə, ümumi sağlamlığını yaxşılaşdıra da bilər.

Keçirilmiş tədqiqat çərçivəsində bir qrup könüllüyə daim düzgün danışmaq, ikinci qrupdan olan iştirakçılara isə daim yalan danışmaq tapşırılıb. Tədqiqatın gedişində iştirakçıların fəallığı poliqraf vasitəsilə qeydə alınıb.

Tədqiqatın nəticələri göstərib ki, telefonla yalnız həqiqəti deyən iştirakçılar özlərini daha yaxşı hiss etməyə başlayıblar, onların əhval-ruhiyyəsi isə kifayət qədər yüksəlib.