Mütəxəssislər xəbərdarlıq edir: Qulaq çubuqları kar edə bilər

29 Sentyabr 2014 18:27 (UTC+04:00)

Qulağın xarici təbəqəsini təmizləmək üçün hazırlanan qulaq çubuqları həddindən artıq içəri soxulduqda qulaqda müəyyən problemlər yaradır. Qulaqlarımızın ifraz etdiyi sarı maddə qulağımızı infeksiyalardan qoruyur. Biz o maddəni təmizləməklə qulağımızı təhlükəyə atırıq. Lakin məsələ bu deyil. Qulaq çubuqları ilə təmizlədikdə çirki daha da dərinə itələyirik ki, bu da eşitmə probleminə səbəb olur. Bununla yanaşı, qulaq çubuqları qulaq göbələyinə, təbil pərdəsinin zədələnməsinə və deşilməsinə səbəb olur. Bunu da qeyd edək ki, qulaqlarımızın özü özünü təmizləmə funksiyası vardır. Qulaq çubuqları ilə sərt şəkildə qulaqları təmizləmək bu funksiyanın pozulmasına səbəb olur. Bu səbəblə də mütəxəssislər bu çubuqlardan istifadə edərkən diqqətli olmağı, sadəcə qulağın nəmini almağın kifayət edəcəyini məsləhət görür.