Yerin cazibə qüvvəsi buzlar əridiyinə görə dəyişir

30 Sentyabr 2014 09:28 (UTC+04:00)

Tədqiqatçılar artıq dörd ildən çox yerətrafı orbitdə işləyən GOCE aparatı vasitəsilə müəyyən ediblər ki, buzların əriməsi planetin cazibə xəritəsini dəyişə bilər. Mütəxəssislər bildirirlər ki, GOCE planetin caizbə xəritəsininin tərtib edilməsi üçün çox həssas cihazlarla təchiz edilib.

Yerin cazibə xəritəsinin tərtib olunması onun iqlimi və təkində müxtəlif proseslərlə bağlı olan bir çox məsələləri anlamaqda kömək edə bilər.

GOCE ilə iş göstərib ki, planetin cazibə qüvvəsinin bölünməsi konkret yerləşmədən asılı olaraq dəyişir. O, dağ massivləri, okean sınmaları və düzənliklər üzərində müxtəlifdir. Cazibə sahəsinin bölünməsi planetin öz oxu və Günəşətrafı orbit üzrə dövr etməsinə təsir göstərir.

Almaniya Geodeziya Elmi-Tədqiqat İnstitutundan olan tədqiqatçılar qrupu 2009-cu ilin noyabrından 2012-ci ilin iyun ayına kimi GOCE ilə alınmış məlumatları analiz edib. Müəyyən olunub ki, tədqiqat dövründə buz kütləsinin azlaması cazibə xəritəsindəki dəyişiklərdə də öz əksini tapıb. Və buzun əriməsi və cazibə qüvvəsindəki dəyişikliklər barədə nəzəriyyənin özü yeni olmasa da, o, əvvəllər, demək olar ki, təsdiq olunmayıb.

Tədqiqatçılar öz işlərində həmçinin 10 il ərzində orbitdə işləmiş Grase alman-Amerika missiyası vasitəsilə alınmış məlumatlardan da istifadə ediblər. Buradan isə məlum olub ki, 2011-2014-cü illər arasındakı dövrdə Antarktikanın buzları təqribən ildə 125 kubkilometr azalıb.