AŞPA-da “İŞİD təhlükəsi” adlı hesabat müzakirə olunacaq

29 Sentyabr 2014 18:37 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının oktyabrın 2-də keçiriləcək plenar iclasında fövqəladə məsələ kimi ""İslam dövləti" ("İŞİD") təhlükəsi və bəşəriyyətə qarşı zorakılıq" adlı hesabat müzakirə ediləcək. APA-nın Avropa bürosunun xəbərinə görə, bu haqda qərar AŞPA-nın bu gün səhər keçirilmiş Büro iclasında qəbul olunub. Bundan başqa, AŞPA Bürosu cari məsələ kimi Ukrayna böhranını da müzakirəyə çıxaracaq.