Bakıda 4 nəfərin ölümünə səbəb olan yol qəzası - FOTO

30 Sentyabr 2014 10:53 (UTC+04:00)

Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.


APA-nın məlumatına görə, hadisə  şəhər  şosesində  qeydə  alınıb. Elçin Alıyev  idarə  etdiyi  "VAZ 2102"  markalı  avtomobillə  Maştağa  istiqamətində   yüksək  sürətlə hərəkətdə  olarkən idarəetməni  itirib və   yolun  kənarında  dayanan  "KAMAZ" a arxadan  çırpılıb. Nəticədə  avtomobildə  olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən hadisə  yerindəcə  dünyalarını dəyişiblər.

 

Dərhal hadisə yerinə FHN-nin xilasediciləri , Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları  və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

 

Hadisənin baş verdiyinə gəldikdə isə, ilkin ehtimal olaraq "VAZ 2102" avtomobilinin    sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.