Xəzər ölkələri birgə təlim keçirəcək

30 Sentyabr 2014 10:58 (UTC+04:00)

Xəzər hövzəsi ölkələri fövqəladə halların xəbərdarlığı və proqnozlaşdırılması üzrə dəqiq plan irəli sürərək təlimlər keçirəcək


Bu barədə Rusiya Fövqəladə Hallar Naziri Vladimir Puçkov jurnalistlərə müsahibəsində bildirib.


"Razılaşmanın inkişafı zamanı biz çevik qüvvələrin hazırlıqlığı, monitorinq və proqnozlaşma üzrə birgə fəaliyyət, mütəxəssislərin təlim və hazırlıqlığı, yeni texnologiyaların tətbiqi üzrə birgə dəqiq, konkret fəaliyyət planını düzəldəcəyik"- deyə Puçkov qeyd edib. 


Qeyd edək ki, "Xəzər beşliyi"nin son sammitində Azərbaycan, Rusiya, Qazaxstan, İran və Türkmənistan prezidentlərinin iştrakı ilə Xəzər dənizində Fövqəladə hallar zamanı nəticələrin xəbərdarlığı və aradan qaldırılması üzrə əməkdaşlıq razılaşması imzalanıb.

(Anspress)