Kişi cinsi orqanına bənzəyən bitki çiçək açdı - FOTO/VIDEO

30 Sentyabr 2014 11:50 (UTC+04:00)

İsveçrənin Bazel Universiteti tərəfindən yetişdirilən və "penis çiçək" olaraq bilinən ekzotik bitki, ən böyük çiçəyini açıb. Universitet rəhbərliyi, görünüşü səbəbiylə cinsi orqana bənzədilən Titan Arum növü çiçəyin 255 santimetr ölçüsünə çatdığını açıqlayıb. Bitki, ilk dəfə 1993-cü ildə Almaniyanın Frankfurt şəhərindəki başqa bitkidən alınan toxumla əkilib. Bitki 2-10 il arasında dəyişən müddətlərdə çiçək açır.