Şəkil çəkdirəndə uçurumdan düşdü

17 İyul 2012 15:12 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərənin paytaxtı Londona 85 dəqiqə uzaqdakı sahil qəsəbəsi Eastbourne ötən gün traqık qəzaya səhnə olub. Şəkil çəkdirmək üçün uçurumun kənarında dayanan qadın ani küləyin təsiriylə 90 metr yüksəklikdən aşağıya düşüb.

Romantik gəzintizə çıxan sevgililər fotoşəkil çəkdirmək üçün yüksək təpəyə qalxıb. Yoldaşına poz vermək üçün uçurumun kənarında dayanan qadın şiddətli küləyin təsiriylə 90 metrdən aşağıya düşüb.

Hadisənin şahidləri təcili yardıma xəbər versə də artıq çox gec imiş. Qadının cansız bədəni sahildə tapılıb.

"Daily Mail" qəzetinə danışan şahidlər təpənin ətrafının tellə çevrilmədiyini bunun da xüsusilə fotoşəkil çəkdirmək istəyənlər baxımından böyük təhlükə yaratdığını söyləyiblər.

Tural QABİLOĞLU