Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

30 Sentyabr 2014 16:13 (UTC+04:00)

Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.


Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev "APA-Economics"ə bildirib ki, bayramla əlaqədar gücləndirilmiş iş rejimi oktyabrın 2-dən 7-dək davam edəcək.

 

O, həmçinin qeyd edib ki, bayram günlərində sərnişin sıxlığını nəzərə alaraq, reysə əlavə olaraq 200 nəqliyyat vasitəsi çıxarılacaq.

 

Növbə rəisinin sözlərinə görə, sərnişin sıxlığının yaranmaması ilə bağlı bütün müvafiq tədbirlər görüləcək.

 

M. Abdullayev onu da bildirib ki, Bakı Beynəlxalq Avtovağzalında qiymət intizamına nəzarət komissiyası yaradılıb. "Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər", - deyə növbə rəisi əlavə edib.