Sudan ibarət olan planet kəşf edilib

1 Oktyabr 2014 08:16 (UTC+04:00)

ABŞ, İsveçrə, Böyük Britaniya və Çilidən olan astronomlar qrupu sensasiyalı kəşf ediblər. Alimlər, demək olar ki, tamamilə sudan və naməlum bərk maddədən ibarət olan planet aşkar ediblər. O, buxardan ibarət atmosferlə əhəatə olunub.Aşkar edilmiş səma cismini qeyri-rəsmi olaraq "Su dünyası" adlandırıblar. Planet Yerdən 124 işıq ili məsafədə yerləşir. Artıq məlumdur ki, onun ölçüsü bizim planetin ölçüsündən iki dəfə böyükdür. Çəkisi isə, əksinə, yeddi dəfə azdır.Alimlər planeti diqqətlə öyrənmək və maksimum dərəcədə tədqiq etmək niyyətindədirlər. Artıq məlumdur ki, planetdə qeyri-adi təzahür müşahidə edilir. Əgər suya yüksək temperaturla təsir edilirsə, o, öz strukturunu dəyişərək isti buza çevrilir.Xatırladaq ki, alimlər hələ əvvllər Günəş sisteminin hüdudlarından kənarda su tapıblar. O, nə vaxtsa ulduz olmuş WISE J0855-0714 qəhvəyi cırtdanını əhatə edən yağış buludları şəklindədir. Amma onun nüvədə termonüvə reaksiyası yaratmaq və mükəmməl ulduz olması üçün gücü çatmayıb. Nəticədə "ölüb" və planet kimi sıx olub. Onun səthindəki temperatur Rusiya qışının temperaturunu xatırladır.

Buna qədər astronomlar Günəş sisteminin hüdudlarından kənarda su tapa bilməyiblər. Alimlərin fərziyyələrinə görə, su Titanda və Plutonun peykində də vardır. Böyük maye ehtiyatları qalın buz təbəqəsi altında yerləşir.