Avropanın ən ucuz şəhərləri

1 Oktyabr 2014 08:38 (UTC+04:00)

Avropanın ən ucuz beş şəhəri sırasına Belqrad (Serbiya), Praqa (Çexiya), Budapeşt (Macarıstan), Zaqreb (Xorvatiya) və Lyublyana (Sloveniya) daxildir. Bu nəticəyə müvafiq araşdırmadan sonra ADAC Almaniya avtomobil həvəskarları klubu gəlib.Bildirilir ki, ilk növbədə, seçim meyarları kimi bələdçinin müşayiəti ilə şəhər üzrə ekskursiyanın qiyməti, ictimai nəqliyyatda gediş haqqı, açıqcaların qiyməti və öz hesabına restoranda naharın qiyməti götürülüb.

Orta statistik qiymətlərə gəldikdə isə, bu ölkələrdə həftəsonu 2 gün üçün qiymət (yaşayış xərcləri nəzərə alınmadan) 70 avroya çatır.

"Xüsusilə qeyd etmək lazımdır ki, Praqa və Budapeştdə restoranlardakı yemək və içkilərin qiyməti çox ucuz olsa da, ictimai nəqliyyatda gediş haqqı nisbətən bahadır"- tədqiqatda bildirilir.

Öz növbəsində, turizm üzrə ən bahalı Avropa şəhərləri Oslo (Norveç), Paris, London və Kopenhagendir (Danimarka).

Məsələn, Osloda keçirilən iki gün, orta hesabla, yaşayış və yol xərcləri nəzərə alınmadan 153 avroya başa gəlir.