Heyvanlar yox olmaqda davam edir

1 Oktyabr 2014 08:40 (UTC+04:00)

Ümumdünya Vəhşı Təbiət Fondunun (WWF) hesabatında bildirilir ki, son qırx ildə- 1970-2010-cu illər arasında balıqlar, məməlilər, suda-quruda yaşayanlar və sürənənlərin sayı 52% azalıb.

Fondun bundan əvvəlki hesabatında isə məlumat verilmişdi ki, 1970- 2008-ci illər arasında azalma 28% təşkil edib."Təbiət üçün bu zədələnmə hələ fəlakətli olmasa da, bizim hansı həyatı seçməyimizin nəticəsidir"- London Zoologiya Cəmiyyətinin direktoru Ken Norris vurğulayıb.

WWF-nin baş direktoru Marko Lambertininin sözlərinə görə, nə qədər ki gec deyil, insanların təbiətlə harmoniyada yaşaya və inkişaf edə biləcəyi gələcəyi yaratmaq lazımdır.

"Təbiətin saxlanması təkcə vəhşi heyvanların yaşadığı yerlərin qorunması deyil, həmçinin gələcək bəşəriyyətin qorunması deməkdir"- o bildirib.