Xalq artistinə 10 minlik delfin hədiyyə etdilər

30 Sentyabr 2014 18:08 (UTC+04:00)

68 yaşını qeyd edən xalq artisti Səməd Səmədova rəhbəri olduğu "Qismət" qrupu 10000 AZN-lik delfin hədiyyə edib.

Movqe.az xəbər verir ki,bu barədə Lent.az-a qrupun solisti Tural Məmmədov danışıb:


"Səməd bəyin ad günü ərəfəsində düşündük ki, ona nə alaq ki, fərqli olsun. Qərara gəldik ki, ona delfin alaq. Hədiyyəni Səməd bəyə təqdim edən zaman çox sevindi. Çünki onun özü hər zaman arzu edirdi ki, delfini olsun. Bir çoxları bilir ki, Səməd bəy heyvanları çox sevir. Hətta bir neçə iti də var. Onu da deyim ki, xalq artisti bu xəbərin mətbuata sızmağını qəti istəmirdi. Amma belə bahalı hədiyyəni gizlətməyə məncə, dəyməz. Qiymətli hədiyyəmiz artıq Səməd müəllimin Fatmayıdakı bağındadır".