Müsavat başqanı Arif Hacılı müavinlərini təyin edib

30 Sentyabr 2014 19:47 (UTC+04:00)

Müsavat Partiyasının yeni başqanı Arif Hacılı müavinlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Partiyadan APA-ya verilən məlumata görə, sərəncama əsasən, Müsavat Partiyası Məclisinin üzvləri Tofiq Rəşid oğlu Yaqublu, Yadigar Sadıq oğlu Sadıqov və Fərəc Raqif oğlu Kərimov Müsavat başqanının müavinləri təyin olunublar.