“Yahoo”nun yeni icraçı direktoru

17 İyul 2012 14:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Google"dakı işini tərk edən Marisa Mayer artıq "Yahoo"nun icraçı direktoru kimi fəaliyyət göstərəcək. Mayerin ən əhəmiyyətli xüsusiyyəti "Google"da çalışan ilk qadın mühəndisi olması idi. 2010-ci ildən etibarən "Google Maps" və digər lokal xidmətlərlə məşğul olan Mayer mövzuyla əlaqədar bu şərhi edib: "Yahoo"ya gəldiyim üçün çox xoşbəxtəm. İnternetin əsas stansiyalarından biri olan və 700 milyon istifadəçiyə çatan bir şirkətdə işlədiyim üçün qürur duyuram".