Tanınmış aparıcı indi də uşaqlar üçün verliş aparacaq !

1 Oktyabr 2014 12:00 (UTC+04:00)
Aparıcı Şəhriyar Əbilov yeni "Oyuncaq" verlişi ilə görüşünüzə gələcək. Oktyabrın 18-dən çəkimlər başlanacaq. ATV tele kanalında yayımlanacaq verliş balacalara həsr olunub. Mövqe.az-a bu barədə danışan tanınmış aparıcı Şəhriyar Əbilov açıqlamasında bildirib: " Oyuncaq" verlişi yeni layihəmizdir. Oktyabrın 18-dən artıq çəkilişlərə başlanılacaq. Amma efirə dəqiq nə vaxtdan gedəcək hələki dəqiqləşməyib. Verliş zamanı iki pavilyon olacaq. Birində uşaqlar, digərində isə mən və həmin uşağın valideynləri dayanacaq. Mən sual verəcəyəm və uşağın ata-anası ilə mərcləşəcəm. Sonra həmin sual uşağa ünvanlanacaq. Bəzən sual verirlər ki, olar ata, anası əvəzinə dayı, bibi, xala gəlsin. Deyirik yox. Mütləqdir kiŞ valideynlər məhz özləri verlişdə iştirak etsinlər. Uşaqlar 3 yaşına kimi iştirak edə bilərlər. Və onların düşüncəsinə, marağına uyğun verliş təqdim edəcəyik. Bir sözlə balacanın seçimı ilə valideynin təxmini üst-üstə düşərsə siz qalibsız!".


Qeyd edək ki, "Oyuncaq" verlişində övladlarını görmək istəyən ata-analar [email protected] internet ünvanına uşağınızın yaşını və əlaqə nömrənizi göndərə bilərlər.