Bakıda qadın əri tərəfindən bıçaqlanıb

1 Oktyabr 2014 10:45 (UTC+04:00)

Xəstəxanaya çatdırılan Xanım Kərimovanın vəziyyəti ağırdır

Bakının Sabunçu rayonunda ailə daxili münaqişə bıçaqlanma ilə nəticələnib. Məlumata görə, rayonun Bilgəh qəsəbəsinin Azərbaycan Qadını küçəsində yaşayan 50 yaşlı Xanım Kərimova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlər Xanım Kərimovanın vəziyyətinin ağır olduğunu bildiriblər. Həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Rafiq Kərimov hadisə yerindən qaçıb.


Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. 


Faktla əlaqədar cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.