Facebookun rəqibi hakker hücumuna məruz qaldı

1 Oktyabr 2014 14:42 (UTC+04:00)

Ötən günlərdə "ELLO" adıyla yayıma başlayan sosial şəbəkənin sürətlə yüksələn istifadəçi sayı maraq çəkmişdi. Movqe.az xəbər verir ki, Facebooka rəqib olaraq görülən  sayt kiber hücuma məruz qalıb və hücum səbəbiylə 45 dəqiqə müddətində fəaliyyətini dayandıran ELLO, daha sonra yenidən açılıb.

Ello, Facebookun reklam siyasətini tənqid etmiş və saytda reklam olmadığını və əsla olmayacağını söyləmişdi.  Ello, icra etdiyi Anti Facebook kampaniyasıyla çox sayda yeni istifadəçiyə yiyələnib.