Zakir Qaralov: “Həbsdə olan “NİDA”çıların əfvi prezidentin səlahiyyətində olan məsələdir”

1 Oktyabr 2014 13:20 (UTC+04:00)

Baş prokuror Zakir Qaralov həbsdə olan "NİDA"çıların prezident İlham Əliyevə müraciət etməsi məsələsinə münasibət bildirib.


APA-nın məlumatına görə, baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, həbsdə olan "NİDA"çıların əfvi prezidentin səlahiyyətində olan məsələdir: "Gec-tez bizim gənclərimiz də başa düşürlər ki, səhv yolda olublar və sözsüz, bununla bağlı müəyyən qərar qəbul olunacaq".