1 Oktyabr 2014 13:45 (UTC+04:00)

Bakıda cibgirliklə məşğul olan dəstə saxlanılıb. 


Bakı Şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşları tərəfindnə keçirilib.


Keçirilən əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan əvvəllər məhkum olunmuşlar - İltifat Ağabalayevin, Mahir Bədəlovun, Məhəmməd Bağırovun və Bisuddin Süleymanovun hər birindən 10 qramdan artıq tiryək aşkar edilərək götürülüb.


Müəyyən olub ki, onlar sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk, sentyabrın 27-də həmin küçədəki mebel mağazasında İlqar Niftəliyevin mobil telefonunu masanın üzərindən, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini, sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlar oğurlayıblar.


Faktla bağlı araşdırma aparılır.