Qatarlar toqquşdu

1 Oktyabr 2014 14:15 (UTC+04:00)

Hindistanın şimalındakı Uttar Pradeş əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ən az 12 nəfərin həlak olduğu bildirilib.


Səlahiyyətlilər, Gorahpur şəhəri yaxınlığındakı qatar stansiyasındakı toqquşmadan sonra üç vaqonunun relsdən çıxdığını açıqlayıb. 

Movqe.az xəbər verir ki, aşan vaqonlardan 12 nəfərin cəsədi çıxarılıb. Qəzada 45 nəfərin də yaralandığı deyilib. 


Dövlətə aid dəmiryolları şəbəkəsində təxminən 11 min sərnişin qatarının gündə 23 milyondan çox sərnişin daşıdığı Hindistanda son 5 ildə meydana gələn qatar qəzalarında 1500 nəfər dünyasını dəyişib.