Sergey Makrov: "Gələcək dəyişikliklər üçün ümid yaranmağa başlayıb"

1 Oktyabr 2014 12:00 (UTC+04:00)

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov: "Qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz"

 



"Mən hiss edirəm ki, gələcək dəyişikliklər üçün ümid yaranmağa başlayıb"

"Qaçqın və məcburi köçkünlər öz  torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz".






Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT)


Murmansk regional şöbəsinin mətbuat katibi,


Azərbaycan Jurnalistlər Birliyi və Rusiya Jurnalistlər İttifaqının üzvü Əlihüseyn ŞÜKÜROV "VAKinfoya" istinadən verdiyi məlumata görə, , bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.


Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddi dəyişikliklər baş verməyib: "Amma mən hiss edirəm ki,  gələcək dəyişikliklər üçün ümid

yaranmağa başlayıb. Rusiyanın bu məsələdə mövqeyi bəllidir. Moskva münaqişənin sülh yolu ilə  həllini istəyib. Hər halda Ermənistanla Azərbaycan həmişə düşmən olmayıblar, müharibə etməyiblər. Regionda münbit siyasi və iqtisadi mühit yaratmaqla, dəyişikliklərə nail olmaq mümkündür".


Politoloq hesab edir ki, ilk növbədə Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmalıdır:


"Bölgədə demilitarizasiya aparılmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Türkiyə və Azərbaycan Ermənistanın blokadasına son qoysa, iqtisadi münasibətlər formalaşsa və Qarabağda infrastrukturun bərpası üçün addımlar atılsa, münaqişənin sülh yolu ilə həllinə nail olmaq daha asan olar. Hər halda, hesab edirəm ki, Dağlıq Qarabağın statusunu vaxtilə orada yaşamış Azərbaycan icmasının iştirakı olmadan müəyyənləşdirmək yanlışdır".


"Rusiyanın siyasi dairələrində  Azərbaycana qarşı münasibət müsbətə doğru dəyişir və indiyədək Azərbaycanı tənqid edən bəzi rusiyalı siyasətçilər fərqli mövqedən çıxış edirlər.  Azərbaycan-Rusiya münasibətlərində  ciddi dəyişikliklər müşahidə olunur. Putinin Azərbaycana son tarixi səfərindən sonra iki dövlət  arasında dostluq  münasibətlərinin sürətlə inkişaf etdiyi aydın görünür", 

- deyə o vurğulayıb.

 

S. Markov LDPR sədri Vladimir Jiriinovskinin Azərbaycana səfərinə  toxunaraq,  onun Azərbaycana münasibətini dəyişməsini "siyasi uzaqgörənlik"  və "yeni  tendensiya" ilə əlaqələndirib: "Düşmənin dost olması parlaq dəyişikliklərdən xəbər verir. Bir çox siyasətçilərin Azərbaycanla  bağlı tənqidi fikirlərinin dəyişdiyini görürəm".

 

Rusiyalı politoloq qeyd edib ki, Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Moskvanın yeni tərəfdaşlar  qazanması,  o cümlədən Azərbaycanla  ticarət münasibətlərinin inkişafı üçün şərait yaradıb:



"Bu sanksiyaların hələ  çox davam edəcəyini düşünürəm. Azərbaycanın kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etməsi üçün bütün imkanlar yaradılıb, Rusiya bazarında yaranmış boş yerləri sizin istehsalçılar tuta bilərlər. Bu il kənd təsərrüfatı məhsullarında 80 faiz artım olduğunu deyə bilərəm. Azərbaycandan Rusiyaya təkcə sitrus bitkilərinin ixracında 100 faiz artımdan danışa bilərik".

 

Rusiyaya ixracın artacağının Azərbaycanda  kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub-olmayacağı ilə sualı şərh edən S.Markov bildirib ki, ixrac artımı qəflətən başladığına görə, müəyyən problemlərin yaranması başa düşüləndir: "Amma məhsul bazarı tapmayanda, istehsalçıda maraq az olur. Bazar varsa,  istehsal da artacaq. Artıq  yeni müqavilələr  bağlanır, kənd təsərrüfatının inkişafı  üçün strukturun formalaşdırılmasına başlanılır. Hesab edirəm ki, növbəti ildən bütün problemlər öz həllini  tapacaq". 

 

Əlihüseyn ŞÜKÜROV,


Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT)


Murmansk regional şöbəsinin mətbuat katibi,


Azərbaycan Jurnalistlər Birliyi və Rusiya Jurnalistlər İttifaqının üzvü

Masallı-Murmansk