Bakıda ata və oğul güllələnib

2 Oktyabr 2014 12:05 (UTC+04:00)

 Bakıda silahlı insident baş verib. 


Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

 

Ağdam rayonundan məcburi köçkün düşən 1973-cü il təvəllüdlü Hicran İbrahim oğlu Səfərov aralarında yaranan münaqişə zəminində özünə məxsus ov tüfəngi ilə həmyerlisi 1958-ci il təvəllüdlü Rövşən Savalan oğlu Əliyevə və onun oğlu 1998-ci il təvəllüdlü Ayxan Savalanlıya atəş açıb.

 

Silahlı insident zamanı xəsarət alan ata və oğlu müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Hadisəni törədən H. Səfərov tutulub.

 

Faktla bağlı araşdırma aparılır.