Azərbaycanda icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır

17 İyul 2012 14:44 (UTC+04:00)
Azərbaycanda icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Onun sözlərinə görə, bu sənəddə tikililərə ayrıca yanaşmalar olacaq: "Ümumi fikir ondan ibarətdir ki insanlara maksimum kömək etmək lazımdır. Bu binalar təhlükəsizliyə, başqa insanların həyatına maneə törətmirsə, o binalara amnistiya verilməlidir".