İtkin qız 12 il sonra tapıldı

2 Oktyabr 2014 14:15 (UTC+04:00)

ABŞ-ın Texas əyalətində 12 il əvvəl 4 yaşındaykən itən qız, Meksikada təşkil edilən əməliyyatla tapılıb. 


Movqe.az xəbər verir ki, FBI tərəfindən edilən şərhə görə, 16 yaşındakı Sabrina Allen və 44 yaşındakı anası Dara Llorens Meksikanın paytaxtı Mexikonun cənubundakı bölgədə təşkil edilən gizli əməliyyatla tutulub. 


FBI tərəfindən ABŞ-a gətirilən qızın sağlamlıq idarəsində olduğu, anasının isə "qaçırma" şübhəsiylə nəzarətə alındığı bildirilib. 2002-ci ildə anasını ziyarət etdikdən bir həftə sonra Sabrina Allendan xəbər alına bilməmişdi.