Erməni əsgər öldü

2 Oktyabr 2014 16:22 (UTC+04:00)

David Navasardyan başından güllələnib

Azərbaycanın işğal edilən ərazisində - Dağlıq Qarabağda erməni əsgəri ölüb. Anspress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, müqavilə əsasında xidmət edən hərbçi David Viktoriviç Navasardyan başından aldığı güllə yarasından ölüb. 


Hadisə ötən gün saat 21:15-də baş verib. 


КFaktla bağlı cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.