Təhsil Nazirliyindən məktəblərə xəbərdarlıq!

2 Oktyabr 2014 16:26 (UTC+04:00)

Bu il 5 oktyabr müəllimlər günü ilə bağlı Təhsil Nazirliyi daha ciddi tədbirlər görəcək. 

Nazirliyin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, müəllimlər günü ilə bağlı məktəblərdə pul yığılması faktı aşkarlanarsa, müəllimlər və ya direktorlar işdən azad olunacaq. 


"Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt" xidmətinə bununla bağlı anonim olmadan məlumat verilərsə və bu məsələ araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq"-deyə Təhsil Nazirliyindən bildiriblər.